• $
  • €
  • ₽
  • ₺
  • £

“Bu, qarşıdurmaya gətirib çıxara bilər” - Mübariz Qurbanlı

“Bu, qarşıdurmaya gətirib çıxara bilər” - Mübariz Qurbanlı
08.07.2016 21:00
"İslam ölkələrində dini bayramların keçirilməsi ilə bağlı nəzəri razılıq olsa da, praktik olaraq, biz bunun icrasını görmürük”.

"Qafqazinfo”nun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, islam dini yarandıqdan sonra onun içində müxtəlif məzhəblərin əmələ gəlməsi, qarşıdurmaların olması islamda olan bayramlara da təsir edib. Bunun nəticəsində həm namaz vaxtlarında, həm də dini bayramların qeyd olunmasında fərqlilik olub: "Bu fərqliliyin kökü tarixə gedib çıxır. Amma bu fərqliliyi aradan qaldırmaq üçün cəhdlər davam etməkdədir. Bununla bağlı müxtəlif ölkələrdə böyük tədbirlər keçirilib və bu məsələ müzakirə olunub. Hələlik nəzəri olaraq, hamı eyniliyə razılıq verir, amma praktikada fərqlər özünü göstərir”.

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda məscidlərdə vahid təqvimin tətbiqinin tərəfdarıdırlar. Onun sözlərinə görə, məcscidlərdə bununla bağlı qarşıdurmaların yaranmasına imkan vermir və Qafqaz Müsəlmanları İdarəsi ilə bu yöndə sıx əməkdaşlıq etməkdə davam edirlər.

Komitə sədri qeyd edib ki, QMİ-nin dini bayramlarla bağlı verdiyi fətvalar məscidlər üçün məcburi xarakter daşıyır: "Vətəndaş üçün hər hansı bir fətva məcburi xarakter daşımaya bilər. Vətəndaş fərd olaraq, bu təqvimdən kənara çıxa bilər. Öz evində bayramı hansı gündə qeyd etməsi onun şəxsi işidir. Yəni onun üzərində buna görə total nəzarət həyata keçirilmir. Biz Azərbaycanda QMİ-nin fətvası əsasında vahid təqvimi tətbiq edirik və məscid səviyyəsində bu cür qarşıdurmaların yaranmasına imkan vermirik. Əgər biz buna laqeyd qalsaq, onda müxtəlif məzhəblərə bölünən məscidlər yaranar və bu da qarşıdurmaya gətirib çıxara bilər”.

M.Qurbanlı qeyd edib ki, Ramazan bayramının ölkədə dövlət səviyyəsində iki gün keçirilməsi də tolerantlığın nəticəsdir.

Komitə sədri əlavə edib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: "Azərbaycan vətəndaşı ölkədə dini etiqad, vicdanının təmin edildiyini görür və bunu qəbul edir. Vətəndaş tərəfindən dini etiqad, vicdan azadlığının pozulması ilə bağlı əsaslı şikayət olmayıb”.

M.Qurbanlının sözlərinə görə, Azərbaycanda islam və qeyri-islam dini icmalarının sayı 650-ə qədərdir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol