• $
  • €
  • ₽
  • ₺
  • £

"Təhdidlərin artdığı şəraitdə ölkə təhlükəsizliyinə daha etibarlı təminat yaratmalıyıq"

"Təhdidlərin artdığı şəraitdə ölkə təhlükəsizliyinə daha etibarlı təminat yaratmalıyıq"
09.07.2016 18:14
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzun buraxılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.
 
DTX-nin ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qurumun rəisi general-leytenant Mədət Quliyev mərasimdə çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, müstəqilliyi, dövlətçiliyi qorumaq və təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir: "Ölkənin təhlükəsizliyinə cavabdeh şəxslərin yüksək keyfiyyətlərə malik olması, onların dərin bilik və məsuliyyət, vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi Ulu Öndərin əsas tövsiyəsi idi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin 1998-ci il dekabrın 1-də imzaladığı tarixi sərəncama əsasən ölkəmizin xüsusi xidmət orqanları üçün peşəkar zabit kadrlarının yetişdirilməsi məqsədi ilə bu təhsil müəssisəsi yaradılıb. Ümummilli liderin adını şərəflə daşıyan Akademiyada gələcək əməkdaşların spesifik ali təhsilin incəliklərini mənimsəmələri, zəruri vərdişlərə və mənəvi keyfiyyətlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bu baxımdan, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmaları, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini vicdanla yerinə yetirmələri Ümummilli Lider Heydər Əliyevin peşəkarlıq və vətənpərvərlik məktəbinə, milli maraqların qorunması amallarına sədaqət göstəricisidir".
 
M. Quliyev qeyd edib ki, dinamik inkişaf edən Azərbaycan bölgənin lideridir, bütün bunlar qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə bizi ölkəmizin təhlükəsizliyinə daha etibarlı təminat yaratmağa səfərbər edir. "Eyni zamanda, təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək peşəkarlıq, bilik səviyyəsi, əməliyyat-döyüş hazırlığı, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur. Ümid edirəm ki, Ulu Öndərin adını daşıyan Akademiyanı uğurla bitirən gənc zabitlərimiz bu müqəddəs ocaqda təhsil aldıqlarına görə həmişə fəxr edəcək və burada qazanılan mükəmməl bilik sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif struktur bölmələrində, ərazi orqanlarında vəzifə borclarını sədaqət və əzmlə davam etdirəcəklər".

DTX rəisi təntənəli mərasim iştirakçıları adından Azərbaycan prezidenti İlham Əliyevi əmin edib ki, bu gün sıralara qoşulan gənc zabitlər də bütün şəxsi heyət kimi xalqa ləyaqətlə xidmət edəcək, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcək.
 
M. Quliyev xatirələrində əbədi qalacaq bu gün münasibəti ilə gənc zabitləri bir daha təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.
 
Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər. Sonra Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkdirilib.
 
Təntənəli mərasimin sonunda M. Quliyev məzunların valideynləri ilə görüşüb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol