• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Azərbaycan əsgəri dəfn edildi

Bu gün Azərbaycan əsgəri dəfn edildi
10.07.2016 20:30
Azərbaycan ordusunun şəhid olan hərbçisi, Tağıyev Rahim Qara oğlu bu gün Mingəçevir şəhərində dəfn edilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə şəhid hərbçi R. Tağıyevin nəşi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Şəhidi son mənzilə yola salmaq üçün minlərlə mingəçevirli küçələrə axışıb. Şəhid Rahim Tağıyevin cənazəsi yaşadığı evdən Şəhidlər Xiyabanınadək əllərində Azərbaycanın üçrəngli bayrağı olan minlərlə insanın müşayiəti ilə aparılıb. Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid hərbçi yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
 
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
 
Qeyd edək ki, R. Tağıyev 1998-ci ildə Şəki şəhərindən hərbi xidmətə çağırılıb. Həmin il aprelin 12-dən hərbi xidmətə başlayıb. 1999-cu il yanvarın 15-dən müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib. R. Tağıyev aprelin 2-də cəbhənin Tərtər-Ağdərə istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb, Bakıdakı Hərbi Hospitala yerləşdirilib. Həkimlər R. Tağıyevin sağ qalsa belə, baş nahiyəsindən ağır yaralandığı üçün komadan ayılmayacağını bildirmişdilər. Tankçı aprel döyüşlərindən bu günədək müxtəlif vaxtlarda 3 dəfə cərrahiyyə əməliyyatı edilib, 3 ay 7 gün koma vəziyyətində qalıb. Yaxınlarının sözlərinə görə bir neçə gün idi ki, Rahimin səhhətində yaxşılığa doğru bir az irəliləyiş olub, lakin bu gün səhər saatlarında dünyasını dəyişib. Əslən Şəki rayonundan olan, lakin ailəsi ilə birlikdə Mingəçevirdə yaşayan müddətdən artıq xidmət edən R. Tağıyevin nəşi ailəsinin istəyi ilə Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
 
Üç uşaq atası olan şəhid hərbçi ailədə 5 qardaş və 3 bacı olub. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol