• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD Türkiyə və Azərbaycanda terror hazırlayır

İŞİD Türkiyə və Azərbaycanda terror hazırlayır
11.07.2016 12:59
Beynəlxalq koalisiyanın bombardmanı nəticəsində böyük itkilər verən "İslam Dövləti” (İŞİD) terror təşkilatı Avropada kamikadzelərin iştirakı ilə yeni terror aktları hazırlayır.  

ANN.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət” qəzeti məlumat yayıb. 

Qəzet xüsusi xidmətlərdəki mənbələrə istinadən bildirib ki, İŞİD terrorçu-kamikadzelərin Avropaya ötürülməsi üçün yeni marşrut seçib. 

Terror qruplaşması öz yaraqlılarını Azərbaycan, Gürcüstan və Kipr ərazisindən keçirməyi planlaşdırır. 

Bundan başqa nəşr yazır ki, İŞİD Türkiyə və Azərbaycanda silsilə terror aktları hazırlayır. Bunun üçün Azərbaycan və Şimali Qafqazdan olan yaraqlılar seçilib. Məlumatlar İstanbulun Atatürk aeroportunda baş verən terror aktından sonra keçirilən terror əleyhinə əməliyyatların gedişatında toplanıb.

İyun ayında Türkiyədə polis bölmələrinə İŞİD-in Türkiyə və Azərbaycanda terror aktları hazırladığına dair məlumat daxil olub. Bu məlumatlarda Azərbaycanda törədilməsi planlaşdırılan terror aktlarında terrorçuların hədəflərinin polis əməkdaşlarının və onların ailələrinin olduğu bildirilib. 

Xatrladaq ki, İŞİD terror qruplaşmasına Azərbaycandan olan yaraqlılar da qoşulub. Onlardan bir hissəsi İraq və Suriya ərazisində döyüşlər zamanı öldürülüb, digər hissəsi isə Azərbaycana geri qayıdarkən həbs edilib. Amma azərbaycanlı yaraqlıların bir hissəsi hələ də İŞİD sıralarında qalmaqda davam edir.








www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol