• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir:“İsveç Aİ ilə Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır”

Səfir:“İsveç Aİ ilə Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır”
13.07.2016 12:40
İsveçin Azərbaycan, Tacikistan, Türkmənistan və Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri İnqrid Tersman Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyilə "Caspain Energy”nin nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.

"Enerji resursları və ya neft ixracatı barəsində söhbət gedərkən Azərbaycanın adı böyük sərvətə malik ölkə kimi xatırlanır. Əlbəttə ki, neftin qiymətinin düşməsi həm ölkə, həm də onun iqtisadiyyatı üçün əsl çağırış oldu. Lakin bu, təkcə çağırış, xəbərdarlıq kimi yox, eyni zamanda Azərbaycanda iqtisadi islahatların başlanmasının əsas səbəblərindən biri kimi qiymətləndirilməlidir”,- deyə görüş zamanı səfir qeyd edib. 

O, islahatların keçirilmə prosesinin gələcəkdə də davam edəcəyinə ümid bəslədiyini bildirib. Belə ki, aparılan islahatlar nəinki ölkə iqtisadiyyatının inkişafına, həm də Azərbaycanın investorlar üçün maraqlı ölkəyə çevrilməsinə yönəldilib. Çünki isvestorlar bazarda sabitlik, şəffaflıq və bərabər şərtlərə güvənirlər. "Əgər aparılan islahatlar bazarda qeyd olunan şərtlərin yaranmasını təmin edirsə, heç şübhəsiz ki, bu proses investorların ölkəyə olan marağını artıracaq və Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edəcək. Eyni zamanda İsveçrə şirkətlərinin artıq mövcud olan marağını bir qədər də artıracaq”, - deyə İnqrid Tersman söyləyib.

Enerji dəhlizləri mövzusuna toxunan səfir vurğulayıb ki, "Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi həqiqətən Azərbaycanın ixracatının və ixrac marşrutlarının diversifikasiyası üçün mühüm əhəmiyyət kəsb edir”. Onun sözlərinə görə, bu, həm də Avropa İttifaqı üçün olduqca vacibdir, çünki, bu, neft-qaz resurlarının ixracatını diversifikasiya etmək üçün bizə yaradılmış imkandır. 

"Qeyd olunan məsələ Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də digər maliyyə təşkilatlarının boru kəmərlərinin inşası layihələrini dəstəkləmələrinin əsas səbəblərindəndir. Fikrimcə, bu, həm bizim hamımız üçün, həm də Aİ ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığı üçün olduqca mühümdür”, - deyə səfir vurğulayıb. "Bu, eyni zamanda inşaat, enerji resurlarının tədarükü, layihəçəkmə, xidmət göstərmə ilə məşğul olan İsveç şirkətləri üçün böyük fürsət ola bilər. Bizim sözün əsl mənasında yaxşı təcrübəmiz var və şirkətlərimiz ən mürəkkəb problemləri həll etməyə qadirdir”, - deyə o, çıxışına davam edib. 

Azərbaycanla Avropa İttifaqı arasında daha sıx əməkdaşlıq üçün yeni hüquq bazasının yaradılmasına gəlincə, Tersman İsveçin bu prosesi birmənalı dəstəklədiyini qeyd edib. "Biz bu məsələ ilə bağlı Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqların başlanmasını böyük səbirsizliklə gözləyirik. İsveç tərəfi olaraq həmin razılaşmanın əldə ediləcəyinə, zəruri məsələyə çevriləcəyinə, iqtisadi əməkdaşlıq və imkanlarla bağlı bir sıra istiqamətləri əhatə edəcəyinə, bizim ümumi dəyərlərimizə yönələcəyinə ümid bəsləyirik. İsveçin xarici işlər naziri Marqot Valstrem mart ayında Azərbaycana səfəri zamanı açıq-aşkar bildirdi ki, İsveç Avropa İttifaqı ilə Azərbaycan arasında dolğun razılaşmanın qəti tərəfdarıdır”, - deyə Tersman çıxışına yekun vurub. 

Görüşün sonunda səfir "Caspian Energy”yə eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin,  iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivləri, eyni zamanda turizm sektoru və enerji əməkdaşlığının inkişafı məsələsi barədə danışıb.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol