• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağ münaqişəsi Avropa mediasının gündəmində

Dağlıq Qarabağ münaqişəsi Avropa mediasının gündəmində
13.07.2016 13:36
Avropa mediasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Metsamor AES haqqında məqalələr işıq üzü görüb.

Trend-in məlumatına görə, Euractiv.com saytında Belçikada yerləşən "Avropa Naminə Dialoq” təşkilatının təsisçisi və direktoru xanım Eli Hadjiyevanın "Terrorçular üçün asan hədəf: Ermənistandakı Metsamor AES” adlı məqalə işıq üzü görüb (http://www.euractiv.com/section/europe-s-east/opinion/easy-target-for-terrorists-armenias-metsamor-nuclear-plant/).

Məqalədə qeyd olunur ki, müasir zamanda dünyanın istənilən ərazisində yerləşən xüsusi strateji əhəmiyyət daşıyan obyektlər terrorçuların hədəfinə çevrilib. Potensial hədəflərdən biri də Avropa İttifaqının sərhədlərində, Ermənistanda yerləşən Metsamor AES-dir. Məqalə müəllifi hesab edir ki, 1976-cı ildə köhnəlmiş Sovet texnologiyası əsasında tikilən, soyutma sisteminə malik olmayan, habelə aktiv seysmik zonada yerləşən bu stansiyanın istismarı dayandırılmalıdır.

"Deutsche Welle” teleradio şirkətinin internet səhifəsində isə xanım Seda Sərdarın "Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün "Vətən kimi əziz yer yoxdur” məqaləsi yayımlanıb.

(http://www.dw.com/en/no-place-like-home-for-nagorno-karabakhs-displaced/a-19382617). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunan məqalədə məcburi köçkünlərin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan şəxslərin yaşayış durumu haqqında məlumat verilib, həmçinin onların münaqişənin həlli ilə bağlı fikirlərinə də yer ayrılıb.

Huffington Post informasiya portalının fransızdilli versiyasında isə "Əfqanıstanda Seçilmiş Qadınların Səfərbər Olunması” təşkilatının sədri xanım Patrisiya Lalondun Dağlıq Qarabağda nüvə problemi” sərlövhəli məqaləsi dərc olunub (http://www.huffingtonpost.fr/patricia-lalonde/lenjeu-nucleaire-dans-le-haut-karabagh_b_10812908.html?utm_hp_ref=france). Patrisiya Lalond məqalədə cari ilin aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşən bir çox kəndlərin əhalisinin işğal olunmuş ərazilərdən açılan atəşə məruz qaldığı qeyd edir.

Yazıda təmas xəttində yaxın ərazilərə fosfor bombasının atılmasının yerli sakinlərin həyatı üçün doğurduğu təhlükə və narahatlıq da əksini tapıb.

Müəllifin fikrincə, qoşunların təmas xəttində silahlı toqquşmalar bərpa olunduqca, regionda terror təhlükəsinin riski də artır. Müəllif qeyd edir ki, terrorçuların hədəflərindən biri də Ermənistanda yerləşən köhnəlmiş Metsamor AES-i ola bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol