M. Çavuşoğlu: “İstəyirik ki, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü mexanizmi də olsun”

"Bütün regional layihələri həyata keçirməklə bağlı Azərbaycanla həmfikirik. Birlikdə çalışmağa davam edəcəyik”.
APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib. O deyib ki, layihələrin həyata keçirilməsi üçün digər ölkələrlə də əməkdaşlıq davam etdiriləcək:
"Bilirsiniz ki, bölgədəki ölkələrlə üçlü mexanizmlər mövcuddur. Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan, Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmləri kimi. Biz istəyirik ki, Azərbaycan-Türkiyə-Qazaxıstan üçlü mexanizmi də olsun. Qazaxıstanlı qardaşlarımızla da bu məsələni müzakirə etmişik. Hətta Türkiyə-Azərbaycan-Rusiya müzakirələrini də üçlü formada təşkil edə bilərik”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























