Reuters: Ankarada atışma səsləri eşidilir

Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.
Türkiyə baş naziri ölkədə çevrilişə cəhd olunduğunu bildirib. "Bir qrup hərbçi səlahiyyətlərindən sui-istifadə edərək qanuna zidd hərəkətlər etməyə cəhd edib. Bunu qiyam adlandırmaq olmaz. Hər-halda vətəndaşlarımız arxayın ola bilər ki, biz qayda-qanun və sabitliyi qoruyacağıq. Bütün günahkarlar layiqli cəzalarını alacaqlar” – Binali İldırım deyib.
Qeyd edək ki, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























