Putin və Ərdoğan Rusiyada avqustun əvvəlində görüşəcəklər

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun ilk ongünlüyündə Rusiyanın şəhərlərindən birində görüşəcəklər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hazırda diplomatik kanallarda Putin və Ərdoğanın görüşü hazırlanır. Biz bu görüşün avqustun birinci ongünlüyündə Rusiyada keçiriləcəyi barədə razılığa gəlmişik, amma şəhər və tarix dəqiqləşdirilməyib”, - D.Peskov deyib.
Kremlin nümayəndəsi görüşün Bakıda keçiriləcəyinə dair informasiyanı təkzib edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























