Azərbaycan Ukraynanın əsas silah tədarükçüləri sırasındadır

Ukraynanın "Ukroboronprom" dövlət konserni 2011-2015-ci illər ərzində ən çox silah satılan ölkələrin siyahısını açıqlayıb.
"Report" UNİAN-a istinadən xəbər verir ki, sözügedən dövr ərzində silah alışına dair imzalanan müqavilələrin həcminə görə Səudiyyə Ərəbistanı və İraq ilk yerləri bölüşür.
Məlumata görə, bu iki ölkə ilə göstərilən dövr ərzində imzalanan müqavilələrin həcmi təqribən 1 milyard dollar təşkil edib.
Ukrayna silahlarının əsas ixracatçıları sırasında Azərbaycanla yanaşı Çin, Hindistan, Qazaxıstan, Pakistan, həmçinin bir sıra Afrika ölkələri, xüsusilə Əlcəzair, Misir, Efiopiya, Anqola və Nigeriyanın da adı var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























