"Vətəndaşlarımız demokratiyanın yanında olduqlarını sübut etdilər" - SƏFİR

"80 milyonluq Türkiyə dimdik ayaqdadır".
ANN.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hadisələrdən sonra 80 milyonluq Türkiyə xalqı dimdik ayaqdadır: "Vətəndaşlarımız ölümü gözə alaraq demokratiyanın yanında olduqlarını sübut etdilər"
Səfir həmçinin məlum hadisələr zamanı 60 mindən çox insanın dövlət işindən çıxarıldığını vurğulayıb.
"246 vətəndaş şəhid olub, 1500 yaralı var. 6.823 hərbçi istintaqa cəlb edilib. Onlardan 1400-ü tutulub", - deyə İsmayıl Alper Coşkun bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























