• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin Aparat rəhbəri konstitusiyaya təklif edilən dəyişiklikləri şərh etdi

Milli Məclisin Aparat rəhbəri konstitusiyaya təklif edilən dəyişiklikləri şərh etdi
22.07.2016 16:35
"Azərbaycan Konstitusiyası yaradılanda yumşaq konstitusiya kimi hazırlanıb. Bunun da şahidiyiq. Azərbaycan Konstitusiyasının qəbul edilməsindən ötən 21 il ərzində iki dəfə referendum keçirilib və birbaşa konstitusiyanın mətnində dəyişikliklər edilib".

"Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisi Aparatının rəhbəri Səfa Mirzəyev deyib. 

O qeyd edib ki, konstitusiyaya dəyişikliklər edilməsi üçün 2002 və 2009-cu illərdə keçirilən referendumlarla yanaşı, ölkədə 6 konstitusiya qanunu qəbul edilib: "Bunlar da konstitusiyanın tərkib hissəsidir”. 

S.Mirzəyev vurğulayıb ki, konstitusiyaya təklif edilən yeni dəyişikliklər həm Azərbaycanda, həm də dünyada baş verən qlobal dəyişikliklərlə bağlıdır: "Həyat günbəgün inkişafdadır. Yəni, elə dəyişikliklər baş verir ki, insanların çoxu 1 il öncə bunu gözləmirdi. Dövlətin də əsas qanunu cəmiyyətdə baş verən dəyişikliklərdən kənarda qala bilməz. Sözsüz ki, buna reaksiya verməlidir”.

Konstitusiyaya 29 yeni dəyişikliyin təklif edildiyini xatırladan S.Mirzəyev əlavə edib ki, dəyişikliyin 15-i insan hüquqları bölməsinə aiddir: "Bu dəyişikliklər Azərbaycanda insan hüquqlarının daha möhkəm təmin edilməsi və qorunması üçün təklif olunub. Təklif edilən digər 4 dəyişiklik də müxtəlif vəzifələrə təyin olunma və ya seçilmə ilə əlaqədar yaş senzinin götürülməsi ilə bağlıdır. Bu, insan hüquqlarını daha da genişləndirir və məhdudiyyətləri aradan götürür. Bir çox dəyişikliklər dövlət orqanlarının sisteminin təkmilləşdirilməsi, eyni zamanda, dövlət orqanlarının məsuliyyətinin artırılması ilə əlaqədardır. Bir neçə dəyişiklik də konstitusiyada olan anlayışların dəqiqləşməsi ilə bağlıdır. Məsələn, dəyişikliklər layihəsi qəbul edilərsə, konstitusiyada Silahlı Qüvvələr anlayışı daha dəqiq veriləcək. Çünki Silahlı Qüvvələrə tək ordu yox, həm də digər silahlı birləşmələr də aid edilir”.

Milli Məclis Aparatının rəhbəri həmçinin, konstitusiyanın 24-cü maddəsinə təklif olunan dəyişiklikləri də şərh edib. 

S.Mirzəyev bildirib ki, əsas məqsəd insanın hüquq və azadlıqlarının mənbəyinin tapılmasıdır. O deyib ki, bu məsələ İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasından irəli gəlir: "Konvensiyada birbaşa göstərilib ki, ilk növbədə insan ləyaqəti qorunmalıdır. Digər tərəfdən, bu sahədə çalışan alimlərin bir çoxu hesab edir ki, ləyaqət insan hüquq və azadlıqlarının əsasında, bünövrəsində duran əsas anlayışdır. Hər bir insanın ləyaqəti qorunmalıdır. Mən bəzi qəti fikirlər səsləndirəcəm. İstər cinayətkar, istər pozğun olsun, kimliyindən asılı olmayaraq, heç kimin ləyaqəti tapdalanmamalı və qorunmalıdır. Bir çoxları deyə bilər ki, bu aydın məsələdir. Amma bu məsələ birbaşa konstitusiyada əks olunanda artıq hər kəs aşkar şəkildə anlayacaq ki, insan hüquqlarının qorunmasının bünövrəsini nə təşkil edir. Avropa Konvensiyasında da bu məsələ öz əksini tapıb. Digər tərəfdən, insan hüquqlarından sui-istifadəyə yol verilməməsi məsələsi birbaşa konstitusiyadan irəli gəlir. İnsan hüquq və azadlıqlarının qorunması digərlərinin hüquqlarını pozmamalıdır və xələl gətirməməlidir. Əsas məqam odur ki, bizim ölkədə hər kəsin hüquqları qorunur. Ancaq insan hüquqlarının qorunmasından sui-istifadə etmək yolverilməzdir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol