• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan jurnalistləri beynəlxalq arenada öz sözlərini deməlidirlər”

“Azərbaycan jurnalistləri beynəlxalq arenada öz sözlərini deməlidirlər”
22.07.2016 18:15
"Azərbaycanda bu il milli mətbuat yaranmasından 141 il keçir. Ötən 141 ildə Azərbaycan mediası mürəkkəb və şərəfli yol keçib”.

"Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında elan etdiyi müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, müasir dövrdə Azərbaycan mediasının inkişafı üçün bütün şərait yaradılıb: "Heydər Əliyev medianın üzərində dövlət nəzarətini ləğv etdi. Heydər Əliyevin media qarşısındakı xidmətləri Həsən bəy Zərdabinin xidmətlərindən az deyil. O, azad jurnalistikanın ənənəsini yaratdı. Prezident İlham Əliyevin də media qarşısında xidmətləri böyükdür. İlham Əliyev "Jurnalistlərin dostu” seçilib. Bu, media ilə hökumətin qarşılıqlı münasubətindən xəbər verir. Bu yaxınlarda Prezident İlham Əliyev jurnalistlərin binasının tikintisinin surətləndirilməsi məqsədilə dövlət büdcəsindən vəsait ayırdı. Bu da jurnalistlərin fəaliyyətinə diqqət və qayğıdan xəbər verir”.

Ə.Həsənov qeyd edib ki, hökumətin də jurnalistlərdən umacaqları var: "Azərbaycan jurnalistləri öz səviyyələrini yüksəltməlidirlər. Beynəlxalq arenada öz sözlərini deməlidirlər, ölkəni tanıtmalıdırlar”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan tolerant ölkədir: "Müxtəlif dinlərə məxsus insanlar rahat şəkildə yaşayırlar. Dünya dövlətləri tolerantlıq ənənələrindən imtina edirlər. Biz nəinki o işdən imtina etmək, çalışırıq ki, daha da genişləndirək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol