Erməni hərbçisi özünü güllələyib

Erməni hərbçisi kiçik çavuş Vaan Mikaelyan özünü güllələyib.
Trendin məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
Hadisə bu gün səhər baş verib.
İlkin məlumata görə, kiçik çavuş özü özünə xidməti silahı olan avtomatdan atəş açıb.
Faktla bağlı istintaq başlayıb və ekspertiza təyin edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























