• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda son 14 ildə seçki pozuntularının statistikası açıqlanıb

Azərbaycanda son 14 ildə seçki pozuntularının statistikası açıqlanıb
18.08.2016 20:06
"Seçki pozuntularına daha çox bələdiyyə orqanlarına seçkilərdə rast gəlinib, bu da bələdiyyə seçkilərində daha kütləvi iştirakla bağlıdır”.
 
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK)  tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə "Referendumda  iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu” mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov söyləyib.
 
O bildirib ki, 2005-ci il noyabrın 16-da Milli Məclisə keçirilmiş və 2006-cı il mayın 13-də keçirilmiş təkrar parlament seçkilərində Baş Prokurorluğa 365 müraciət daxil olub: "Həmin müraciətlərin 102-i MSK-dan, 35-i seçki komissiyalarından, 4-ü seçki bloklarından, 31-i hüquq-mühafizə orqanlarından, 193-ü vətəndaşlardan daxil olub. Ümumilikdə, 20 cinayət işi başlanıb. Seçiciləri ələ almağa görə 6 cinayət işi, sənədlərin saxtalaşdırılmasına görə 5 cinayət işi, xuliqanlığa görə 4 cinayət işi, hakimiyyət nümayəndəsinə zor göstərilməsinə görə 1 cinayət işi, seçki komissiyalarının işinə müdaxilə etməklə bağlı 3 cinayət  işi, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 1 cinayət işi başlanıb. Həmin şikayətlərdən 14 iş məhkəməyə göndərilib, 18 nəfər barədə qanuni hökm çıxarılıb. Həmin 18 nəfərdən 5-i deputatlığa namizəd, 6-sı məntəqə və dairə seçki komissiyalarının sədrləri, 4-ü seçki komissiyalarının üzvü, 3-ü adi şəxslər olub. Qanun pozuntularına yol verildiyi üçün 10 dairə üzrə seçkinin nəticələri ləğv edilib. 2008-ci ilin prezident seçkilərində prokurorluğa heç  bir şikayət daxil olmayıb”.
 
R. Usubov 2010-cu ilin noyabrın 7-də keçirilən parlament seçkilərində prokurorluğa 93 müraciət daxil olduğunu açıqlayıb: "Həmin müraciətlərlə əlaqədar baş prokurorun qərarı ilə deputatlığa namizəd Vidadi İsgəndərov barədə cinayət işi qaldırılıb. Bu cinayət işi seçicilərə və seçki komissiyalarının üzvlərinə hədələmə və zor tələb etməklə əlaqədar açılıb.  Eyni zamanda 1 noyabr 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 23 şikayət daxil olub. Həmin müraciətlərin 17-i aidiyyatı üzrə MSK-ya, ikisi dairə seçki komissiyasına göndərilib, 4 müraciətlə bağlı isə müraciət müəlliflərinə qanunvericiliyin tələbləri izah edilib. Bundan əlavə, 90 saylı Ağdaş seçki dairəsi üzrə nəticələr ləğv edilib, 18 iyun 2016-cı ildə bu dairə üzrə əlavə seçkilər keçirilib. Beləliklə, bu sahədə müsbət dinamika müşahidə olunur”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol