• $
  • €
  • ₽
  • ₺
  • £

Zaxarova: Marat Ueldanovun Bakıda həbsinə milli kontekstdə baxmırıq

Zaxarova: Marat Ueldanovun Bakıda həbsinə milli kontekstdə baxmırıq
18.08.2016 17:57
"Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı Marat Ueldanovun Bakıda həbs olunmasına milli kontekstdə baxmır".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan mətbuatını təmsil edən jurnalistin sualını cavablandırarkən bildirib. 

M. Zaxarova erməni jurnalisti məsələ ətrafında spekulyasiya etməməyə çağırıb: "Rusiyanın dövlət orqanları öz vətəndaşına hansısa milli kontekstdə yanaşa bilməz. Bu mümkün deyil, spekulyasiya etməyin, özünüzü bilməməzliyə qoymayın. Bir daha təkrar edirəm ki, bizim üçün Rusiya vətəndaşları milliyyətinə görə bölünmür. Sizin ölkənizdə bunun necə olduğunu bilmirəm, amma bizdə belədir”.
 
M. Zaxarova qeyd edib ki, iyulun 28-də Rusiya Azərbaycandakı səfirliyi Azərbaycanın müvafiq orqanları tərəfindən Rusiya vətəndaşı Marat Ueldanovun həbsi ilə bağlı məlumatlandırılıb. "Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Digər maddələrlə ittiham irəli sürülməyib. Məsələ Rusiya dövlət orqanlarının diqqətindədir. Rusiya səfirliyinin əməkdaşları vətəndaş Ueldanovla görüşüblər. Onun hansısa şikayəti olmayıb. Sizi əmin edə bilərəm ki, səfirliyimiz əlindən gələni edir ki, Rusiya vətəndaşının hüquqları qorunsun, onun vəkili ilə daim əlaqədədir. Biz bu məsələ ilə məşğul oluruq. Təkcə bu yox, xarici ölkələrdə həbs olunan bütün vətəndaşlarımız diqqətimizdədir".
 
Qeyd edək ki, iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, güya M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: "Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol