Türkiyə Suriyanın Cerablus bölgəsinin azad olunması üzrə əməliyyata başladı

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri və koalisiya aviasiyası Suriyanın Hələb mühafəzəsinin Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
"Türkiyə ordusu, koalisiyanın hava qüvvələri Suriyada Cerablsun İŞİD-dən təmizlənməsi üzrə hərbi əməliyyata başlayıb", - deyə məlumatda bildirilir.
Agentlik rəsmi şəxslərə istinadən xəbər verir ki, əməliyyat Türkiyə sərhədlərinin terror qruplaşmalarından təmizlənməsi və Suriyanın ərazi bütövlüyünə dəstəyə yönəlib.
Həmçinin məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Cerablusda İŞİD-in mövqelərinə zərbələr endirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























