Rusiyanın Baş Qərargah rəisi sabah Türkiyəyə səfər edəcək

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov avqustun 26-da Türkiyəyə səfər edəcək.
APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Baş Qərargahından bildirilib.
Məlumata görə, Gerasimovun rəhbərlik etdiyi Rusiyanın yüksək rütbəli hərbçilərindən ibarət nümayəndə heyəti sabah 11.00 radələrində Ankarada olacaq.
Valeri Gerasimovun Türkiyənin Baş Qərargahının rəisi Hulusi Akarla görüşəcəyi bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























