• $
  • €
  • ₽
  • ₺
  • £

Qondarma rejimin "25-ci müstəqillik günü" təxribatlarına tutarlı cavab

Qondarma rejimin "25-ci müstəqillik günü" təxribatlarına tutarlı cavab
29.05.2020 10:28
Qondarma rejimin "25-ci müstəqillik günü" ilə bağlı Ermənistan tərəfindən təşkil edilən təxribat xarakterli tədbirlərə Çili mətbuatında tutarlı cavab verilib.

XİN-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "25-ci müstəqillik günü" ilə bağlı Ermənistan tərəfindən təşkil edilən təxribat xarakterli tədbirlərə cavab olaraq sentyabrın 6-da Azərbaycanın Çilidəki Diplomatik Missiyası tərəfindən Çilinin ən aparıcı və geniş oxucu kütləsinə malik "El Mercurio” və "La Tercera” qəzetlərində Xarici İşlər Nazirliyinin 30 avqust tarixli bəyanatı əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc edilib.

Məqalələrdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyinin 25 illiyi” ilə bağlı 15-18 sentyabr tarixində Xankəndidə beynəlxalq gənclər konfransının təşkil edilməsi və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsi olduğu bildirilir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə məlumat verilir.

Həmçinin, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə qondarma rejimin "müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə Ermənistanın təşkil etməyə çalışdığı növbəti təxribatçı tədbirlərin yalnız Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə və məqsədyönlü təxribat cəhdlərinə xidmət etdiyi vurğulanaraq, qondarma rejimin "müstəqilliyinin 25 illiyi” adı altında keçirilən bu tədbirlərə dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə, təxribat məqsədlərinə xidmət edən bu kimi tədbirlərdən kənar durmağa və işğal edilmiş Azərbaycan ərazilərinə səfərlərdə iştirak etməkdən çəkinməyə çağırılır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol