• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin ABŞ qarşısında irəli sürəcəyi iki əsas ŞƏRT

Türkiyənin ABŞ qarşısında irəli sürəcəyi iki əsas ŞƏRT
29.05.2020 01:28
Türkiyə Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi olan Rakka şəhərini azad etmək üçün ABŞ qarşısında irəli sürəcəyi iki əsas şərt məlum olub.
 
APA-nın məlumatına görə, Türkiyənin "Yeni Şafak” qəzeti diplomatik mənbələrə istinadən yazıb ki, Qurban bayramından sonra Rakka əməliyyatı ilə bağlı ABŞ hərbi nümayəndə heyəti Ankaraya gələcək, planlaşdırılan əməliyyatın detalları müzakirə ediləcək.
 
Hazırda Türkiyə hökuməti və ordu rəhbərliyi Rakkanın sosial-mədəni quruluşunu, 2013-cü ildən sonra şəhərdə baş verən prosesləri, İŞİD-in bölgədə döyüş qabiliyyətini və Rakka əməliyyatından sonra ortaya çıxa biləcək bütün ssenariləri araşdırır. ABŞ nümayəndə heyətinin səfərinə qədər bu araşdırmalar yekunlaşdırılacaq və görüşdə Rakka əməliyyatının bütün aspektləri müzakirə olunacaq.
 
Türkiyənin Rakkanın azad edilməsində iştirak etməsi üçün ABŞ qarşısında irəli sürəcəyi iki əsas şərdən biri PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin əməliyyata qatılmamasıdır. Türkiyə YPG-nin əsas rol oynadığı Suriya Demokratik Qüvvələrini də heç bir halda Rakkka əməliyyatında görmək istəmir.  Ankara Rakka əməliyyatının koalisiya qüvvələrinin ortaq əməliyyatı olaraq həyata keçirilməsini zəruri sayır. Türkiyənin ikinci şərti Münbiçlə bağlıdır. Türkiyə PYD və ona bağlı Suriya Demokratik Qüvvələrinin Münbiçdən çəkilməsini, Rakka əməliyyatı zamanı Münbiçin quru qüvvələrinin əsas bazası olmasını zəruri sayır. Bu halda Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu Rakka əməliyyatında əsas rolu öz üzərinə götürəcək. Türkiyə bu iki şərtin yerinə yetiriləcəyi halda, Rakka əməliyyatı zamanı müxalif Azad Suriya Ordusuna tank və digər zirehli birləşmələrlə dəstək verməyə, o cümlədən Türkiyə ordusunun xüsusi təyinatlı bölmələrinin də  müxaliflərlə birgə quru əməliyyatında iştirak etməsinə hazırdır.
 
"Yeni Şafak’ qəzeti diplomatik mənbələrə istinadən onu da yazıb ki, Rakka əməliyyatı ilə bağlı Münbiç şərti keçən həftə ABŞ rəsmiləri ilə keçirilən ilk görüşdə də çatdırılıb və ABŞn bu şərtə soyuq yanaşmayıb. Ankara Rakka əməliyyatı zamanı PKK terror təşkilatından qaynaqlana biləcək hücumların qarşısının alınması üçün 5 yerdə koordinasiya mərkəzi yaratmağı da gündəmə gətirib. Türkiyə Rakka əməliyyatından sonra İŞİD-in İraqda nəzarət etdiyi Mosul şəhərinin azad edilməsi əməliyyatına başlanılmasını da istəyir.
 
Xatırladaq ki, G20 sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirmişdi ki, ABŞ prezidenti Barak Obama  Rakka əməliyyatında Türkiyə ilə birgə addımlar atmaq istəyir. R. T. Ərdoğan Türkiyə baxımından bu məsələdə hər hansı problem olmayacağını vurğulamışdı. Türkiyə prezidenti demişdi ki, iki ölkənin hərbçilərinin məsələni müzakirə etsin, hansı addımların atılması lazımdırsa, həmin addımlar atılsın.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol