• $
  • €
  • ₽
  • ₺
  • £

FİDE prezidenti Obamadan vətəndaşlıq istədi

FİDE prezidenti Obamadan vətəndaşlıq istədi
11.09.2016 15:13
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycanda olan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov ABŞ prezidenti Barak Obamaya məktub yazıb.

Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə FİDE rəhbəri Bakıda keçirilən olimpiadadakı görüş zamanı bildirib.

İlyumjinov yazdığı məktubda Obamaya Amerika vətəndaşlığı almaq üçün müraciət edib:

"Obamadan ABŞ vətəndaşlığını ona görə tələb edirəm ki, ABŞ Xarici İşlər Nazirliyi tərəfindən sanksiya siyahısına salınmaq məsələmə yerli məhkəmə tərəfindən baxılsın. İstəyirəm ki, mənim işim Amerika torpağında, Amerika qanunları ilə həll edilsin”.

O qeyd edib ki, Amerika hökumətindən üzrxahlıq və pul təzminatı da tələb edəcək.

Xatırladaq ki, FİDE prezidenti 2015-ci ilin sonunda ABŞ-ın sanksiya siyahısına düşüb. O, Suriya hökuməti ilə əməkdaşlıqda və Suriya Mərkəzi Bankına maliyyə yardımı etməkdə ittiham edilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol