• $
  • €
  • ₽
  • ₺
  • £

Türklər üçün cəhənnəmə çevrilən Azərbaycan torpağı – ŞOK FAKTLAR

Türklər üçün cəhənnəmə çevrilən Azərbaycan torpağı – ŞOK FAKTLAR
18.09.2016 18:39
Xəzər dənizinin Nargin adasında türk tarixi baxımından son dərəcə vacib olan türk şəhidlərinin sümükləri tapılıb. "Cəhənnəm adası” və "İlan Adası” olaraq da tanınan bu yerdə Birinci Dünya Müharibəsi zamanı ruslara əsir düşən türk əsgərləri hər cür işgəncələrə məruz qalaraq öldürülüb. 1914-1915-ci illərdə, Sarıqamış döyüşündə Anadolu kəndlərindən zorla alınıb götürülən və içərilərində 3 yaşındakı qız uşaqlarından tutmuş 80 yaşındakı yaşlılara qədər bir çox türkün olduğuna dair məlumatlar rus sənədlərində yer alıb. Bu sənədlərdə aclıq, xəstəlik və zəhərli ilanların sancmasıyla ölən və ruhi xəstəlik tapıb əldən düşən bir çox türkün şəkilləri də var.
 
Publika.az-ın xəbərinə görə, Birinci Dünya Müharibəsində ən çox zərər görən bəlkə də, Şərqi Anadolu ilə Azərbaycan bölgəsindən ruslar tərəfindən əsir alınıb, Sibir və Nargin adası kimi şərtlərin son dərəcə pis olduğu yerlərə sürgün edilən türk xalqı və əsgərləri olub. Müxtəlif işgəncələrə məruz qalan, həyatda qalmağa çalışan türklərlə bağlı isveçli Qızıl Xaç səlahiyyətlisi Graf Londrof yaşananları belə təsvir edib: "İzdihamda, qoxudan yaxın durmaq qeyri-mümkün olan, qapıları kilidli və içərisi Osmanlı əsirləri ilə dolu böyük bir qatar 1915-ci ilin yanvar ayının sonunda Sirzan stansiyasına gəldi. Qatarın içindəki əsirlər, insan sifətindən çıxmış, aclıqdan rəngləri saralmış, yanaqları çökük, almacıq sümükləri çölə çıxmış, tərpənə bilməyəcək şəkildə yorğun və qüvvədən düşmüş, paltarsız, ayaqları çılpaq, kainatda mövcud bütün yoluxucu xəstəliklərə mübtəla bir halda idi. Bu faciəvi mənzərə insanları utandıracaq və ürəklərini sızıldadacaq dərəcədəydi”.
 
Nargin adası 1915-ci ildə Şahzadə Oldenburqun istəyiylə döyüşlərdə əsir düşənlər üçün düşərgə vəziyyətinə gətirilib. Adada su qaynağı olmadığı üçün düşərgənin su ehtiyacı Bakıdan təmin edilərək gəmilərlə gətirilib. gətirilirmiş. Bakıdan gətirilən su əvvəl rus və erməni əsgərlərinə verilirmiş. Əgər sonra su qalsaydı, onu əsirlərə də verirdilər. Türk əsirlərin bəzən altı gün su içmədikləri deyilir. Ağacın, suyun olmadığı, zəhərli ilanlarla dolu bu adada, erməni və rus əsgərlərinin ağıla sığmayan işgəncələrinə baxmayaraq yaşayan türk əsirləri möcüzə hesab edilirdi. Ölənlər və güllələnən türkləri adada toplu halda basdırırdılar. Yəni, Nargin adasının bir qisminin tamamilə Türk Qəbiristanlığı olduğunu söyləyə bilərik.
 
Nargin adasında tutulan on minlərlə əsirin bir qismi, Azərbaycan türklərinin köməyiylə adadan qaçıb. Bu bölgədə "Kardaş komeg" yəni, qardaş köməyi deyə nəsildən-nəsilə ötürülən bir çox əhvalat var. Onların köməyi və dəstəyi ilə ölümdən qaçanlar arasında ilk təyyarəni uçurdan və ilk düşmən təyyarəsini yerə düşürdən, türk havaçılıq tarixinin ilklərinə imza atan Vecihi Hürkuş da var. Hava döyüşünün birində yaralandıqdan sonra, ruslara əsir düşən pilot Xəzər dənizindəki Nargin adasına göndərildikdən sonra, Azərbaycan türklərinin köməyi ilə adadan üzərək qaçıb və Ərzuruma qədər piyada gəlib.
 
Nargin adasında əsir tutularaq həyatını itirən əsgərlərin sümüklərini türkiyəli professor Bingür Sönməz və professor İbrahim İldırım 2007-ci ildə Nargin adasına xüsusi bir icazə ilə etdikləri səfər zamanı sümüklərin bir qismini Sarıqamış şəhidliyində dəfn etmək üçün Türkiyəyə aparıblar.
 
Qeyd edək ki, Nargin adasında türk əsirlər üçün qoyulan abidə var. 
 
Mənbə: Haberiniz.org
 






www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol