Gürcüstan Azərbaycana yeni hərbi attaşe təyin etdi

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 21-də Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb.
Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə hər iki ölkənin silahlı qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən əməkdaşlığın perspektivləri və regiondakı hərbi-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.
Sonra səfir Gürcüstanın ölkəmizdə yeni təyin olunan hərbi attaşesi, polkovnik Giorgi Kvirikaşvilini Azərbaycan müdafiə nazirinə təqdim edib.
Müdafiə naziri hərbi attaşeni yeni təyinatı münasibətilə təbrik edərək ona ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























