• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdır”

“Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdır”
23.09.2016 20:30
"Ermənistan paradda "İsgəndər” raket kompleksini nümayiş etdirməklə, Azərbaycanı qorxutmağa çalışıb”
 
"Rusiyanın Ermənistana "İsgəndər” raket kompleksi satması region üçün böyük təhlükədir. Bu silah kompleksi Ermənistan ordusunun imkanlarını genişləndirə bilər”.
 
Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın tanınmış hərbi eksperti və jurnalisti, "Novaya qazeta”nın şərhçisi Pavel Felgenhauer deyib. O bildirib ki, Ermənistan ordusunda bu vaxta qədər R-17 raket kompleksi olub: "Lakin həmin raket kompleksinin hədəfi vurmaq dəqiqliyi və məsafəsi "İsgəndər”dən azdır. "İsgəndər” isə hədəfi dəqiq vurur. Ermənistana verilən çox güman ki, "İsgəndər E” raket kompleksidir. Bu kompleks "İsgəndər M”dən çox fərqlənir. "İsgəndər E” ixrac edilən modifikasiyadır. Onun hədəfi vurmaq uzaqlığı "İsgəndər M”dən 200 km azdır. "İsgəndər M” 500 km-dən çox məsafədəki hədəfi vurur. Rusiya "İsgəndər M”i Ermənistana sata və ya verə bilməz. Çünki bu, Moskvanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulması anlamına gələr. 300 km-dən artıq vuruş məsafəsi olan raket kompleksinin münaqişə iştirakçısı olan dövlətlərə satılması beynəlxalq öhdəliklərin pozulması deməkdir. Əgər Rusiya Ermənistana "İsgəndər M” raket kompleksi veribsə, o zaman beynəlxalq öhdəliyi pozub”.
 
Hərbi ekspert Rusiya Müdafiə Nazirliyinin Ermənistana "İsgəndər” raket kompleksinin satılmasını nə təkzib, nə də təsdiq etməməsi məsələsini də şərh edib: "Moskva tərəfindən təsdiqin səslənməməsi erməniləri əslində pis vəziyyətdə qoyur. Bu, hərbi paradda nümayiş olunan "İsgəndər”in Rusiya hərbi bazasına məxsus olduğu şübhələrini artırır. Amma Rusiyanın "İsgəndər”i Ermənistana satma ehtimalı var. Ola bilsin ki, Azərbaycana da həmin raket kompleksindən almaq təklif olunacaq. Bildiyiniz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan Belarus ordusunda da "İsgəndər” raket kompleksi var. Belarus Rusiyanın rəsmi icazəsi olmadan bu kompleksdən istifadə edə bilmir. Ermənistana da münasibətdə bu şərtin irəli sürülməsi mümkündür. Çox güman ki, Ermənistan müharibəyə başlayacağı təqdirdə, "İsgəndər”dən istifadə üçün Rusiyadan icazə almalı olacaq. Fikrimcə, Ermənistan Qarabağda baş verən qısamüddətli atışmalar zamanı bu silahdan istifadə edə bilməz. Ancaq Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibə olacağı təqdirdə, "İsgəndər”dən istifadə mümkündür. Əslində Ermənistan paradda bu raket kompleksini nümayiş etdirməklə, Azərbaycanı qorxutmağa çalışıb”.
 
P. Felgenhauerin fikrincə, Rusiyanın əsas məqsədi Azərbaycanla Ermənistan arasında balansı qorumaqdan ibarətdir: "Azərbaycan tərəfi etiraz etsə, ona da bu raket kompleksindən almaq təklif olunacaq. O ki qaldı Azərbaycanın hərbi gücünə, bu barədə son vaxtlar çox qeyd olunur. Xüsusilə də aprel hadisələrində Dağlıq Qarabağda baş verən qısamüddətli müharibə Azərbaycan ordusunun gücünü göstərdi. Məlum oldu ki, Azərbaycan ordusu müasir silahlarla təchiz olunub, yüksək döyüş ruhuna malikdir. Ermənistan isə indi aprel müharibəsində Azərbaycanla arasında müşahidə olunan boşluğu aradan qaldırmağa cəhd edir”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol