• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti erməni təxribatının qarşısı alındı - FOTOLAR

Növbəti erməni təxribatının qarşısı alındı - FOTOLAR
27.09.2016 11:08
Etirazlar dalğası öz nəticəsini verdi

ANN.Az xəbər verir ki, 26 sentyabrda Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Dövlət Ermitaj muzeyində Şərq Numizmatikası üzrə II Beynəlxalq Konfrans fəaliyyətə başlayıb.

Konfransın başlamasına qədər sözügedən konfrans Azərbaycanda birmənalı qarşılanmayıb. Belə ki, erməni alim Aleksandr Akopyan rusiyalı alim P.N. Petrvola birlikdə "1747­1827-ci illərdə Şərqi Ermənistanda Sikkə Məsələsi. İrəvan, Naxçıvan, Gəncə və Qarabağ Xanlıqları" başlıqlı məqalə ilə çıxış etmək istəyib. Bununla azərbaycan sikkələri geniş ictimaiyyətə erməni pulları kimi təqdim ediləcəkdi.
 


Ancaq yerli azərbaycan medianın müdaxiləsi, AMEA-nın, Z.Tağıyev adına Tarix Muzeyi, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun müraciətindən sonra Ermitaj rəhbərliyi sözügedən məqalənin adını "İrəvan, Naxçıvan, Gəncə və Qarabağ Xanlıqlarının sikkə məsələsi" şəklində dəyişib. Bundan əlavə, tanınmış numizmat Əli Rəcəbli və AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov konfransda Azərbaycanı təmsil etmək imkanı əldə ediblər.

Dövlət Ermitajının direktoru M.B. Piotrovskiy azərbaycanlı alimləri qəbul edərək bu tədbirdə Azərbaycanın da təmsil edilməsindən məmnun olduğunu dilə gətirib. O qeyd edib ki, Akopyanın məqaləsinin adı dəyişdirilib.

Piotrovskiyin sözlərinə görə, erməni əsilli alimin çıxışı onun şəxsi təşəbbüsüdür və konfransın təşkilat komitəsi ilə razılaşdırılmayıb.
 


"Siyasətlə elmi qarışdırmaq olmaz. Qafqaz tarixinin siyasiləşdirilməsinə yönəlmiş oxşar cəhdlər narahatlıq doğurur", - deyə Ermitajın direktoru qeyd edib.

O, numizmatika sahəsində azərbaycanlı alimlərin rolunu yüksək qiymətləndirib və Ermitajla Azərbaycanın elmi dairələri ilə əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

Rəşid MUSTAFAZADƏ


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol