Roma Papası: "İbadətin bəhrəsi sülhdür"

Roma Papası Fransisk Azərbaycanda rəsmi səfəri çərçivəsində Bakıda Katolik kilsəsində dini ayinlər icra edilib.
Trend-in məlumatına görə, dini ayin icra edildikdən sonra Roma Papası nitq söyləyib və müqəddəs "İncil" kitabından sitatlar gətirib.
Roma Papası insanlara imanlarını artırmağa çağırış edib. O qeyd edib: "İman bizi rəbbimizə bağlayan qızıl bir ip olmalıdır, iman hıyatımıza bərabər olan bir hədiyyədir".
Papa müqəddəs Məryəmin sözlərinə əsaslanaraq Bakıda mesajını çatdırıb. O deyib: "İmanın bəhrəsi sevgidir, sevginin bəhrəsi ibadətdir, ibadətin bəhrəsi sülhdür”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























