İran DİN başçısı bu gün Azərbaycana gəlir

İranın daxili işlər naziri Abdolreza Rəhmani Fəzli bu gün Azərbaycana rəsmi səfərə gələcək.
"Report" "Mehr"ə istinadən xəbər verir ki, səfər çərçivəsində DİN başçısı ikitərəfli münasibətlərin aktivləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə danışıqlar aparmaq üçün Azərbaycan rəhbərliyi ilə görüşəcək.
İranın daxili işlər nazirinin beynəlxalq əlaqələr üzrə müavini Babək Dinparast bildirib ki, səfərin uğurla yekunlaşması iki ölkə arasında əməkdaşlıqda dönüş nöqtəsi olacaq.
Qeyd olunur ki, nazirin Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























