• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva fransalı deputatla görüşüb – FOTOLAR

Mehriban Əliyeva fransalı deputatla görüşüb – FOTOLAR
03.10.2016 20:42
Oktyabrın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fransalı qonaqları ölkəmizdə görməkdən şad olduğunu bildirdi. Heydər Əliyev Fondunun prezidenti Fransa Milli Assambleyasının deputatlarının son günlərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən iki mühüm hadisədə - V Bakı Beynəlxalq Humanitar Forumunda və Roma Papası Fransiskin ölkəmizə səfəri ilə bağlı tədbirlərdə iştirak etdiklərini məmnunluqla qeyd etdi. 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin ölkəmizə yeni dostlar gətirdiyindən məmnunluğunu ifadə edən Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva onların paytaxtımızla daha yaxından tanış olacaqlarına əminliyini bildirdi. Azərbaycanın birinci xanımı Assosiasiya üzvlərinin sayının getdikcə artdığını və bunun Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğuladı. Heydər Əliyev Fondunun prezidenti iki ölkə arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etdiyini dedi, humanitar və təhsil sahələrində əməkdaşlığı xüsusi vurğuladı. 

Mehriban Əliyeva son zamanlar Azərbaycanın və Fransanın şəhərləri və regionları arasında əlaqələrin gücləndiyini bildirdi, şəhərlərimiz arasında imzalanan qardaşlaşma sazişlərinin əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar açdığını diqqətə çatdırdı, oktyabr ayında Fransanın Konyak şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldılacağını bildirdi. Mehriban Əliyeva Assosiasiyanın əsas məqsədinin Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayaraq bu baxımdan belə səfərlərin təşkilinin böyük əhəmiyyət daşıdığını bildirdi.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel görüşə görə minnətdarlığını bildirdi, Parisdə Azərbaycan şəhərciyinin açılışını ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirdi. Qeyd etdi ki, Fransa Milli Assambleyasının bir həftə ərzində Azərbaycan paytaxtında olan deputatları Bakı ilə tanışlıq imkanı qazanıblar. Paytaxtımızda keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən qonaq bildirib ki, bu cür təmaslar müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının mümkünlüyünə dair bütün dünyaya bir ismarıcdır.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol