• $
  • €
  • ₽
  • ₺
  • £

"ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

"ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"
04.10.2016 09:23
Bu ilin mart ayında ABŞ dövlət katibi Con Kerrinin verdiyi bəyanatda ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 

ANN.Az Azərtac-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin press-brifinqində Dövlət Departamentinin nümayəndəsi E.Trudodan Con Kerrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə şərhlərinə açıqlama verərkən bu barədə bildirib.

O vurğulayıb ki, ABŞ-ın mövqeyi ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Ceyms Uorlikin çıxışında (2014-cü il mayın 7-si) yer alıb. Bu çıxışda qeyd olunub ki, münaqişənin nizama salınması üçün Ermənistan ordusu keçmiş Dağlıq Qarabağın işğal edilmiş ətraf rayonlardan çıxarılmalı, məcburi köçkünlərin öz yerlərinə qayıtmaları üçün şərait yaradılmalı, Dağlıq Qarabağa müvəqqəti status verilməli və bundan sonra gələcəkdə regionun statusu müəyyən edilməlidir. Çünki Azərbaycanın mövqeyi yuxarıda qeyd edilənlərlə ziddiyyət təşkil etmir, ABŞ-ın mövqeyi və Minsk prosesi ilə üst-üstə düşür, Ermənistan isə öz ordusunu işğal edilmiş ərazilərdən çıxarmaqdan imtina edir, - deyə o, ABŞ xarici siyasət idarəsinin bəyanatına aydınlıq gətirilməsini xahiş edib.

E.Trudo qeyd edib ki, o, dövlət katibinin sözlərini təhlil edə bilməz, lakin bir daha bəyan edir ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara əsaslanan münaqişənin nizama salınması prosesini dəstəkləyir. Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: "Biz tərəflərlə fəal işləməyi davam etdiririk, çünki ATƏT-in Minsk qrupunun həmsədriyik”. 

O deyib ki, münaqişə üzrə uzunmüddətli mövqe, Minsk qrupunun həmsədri kimi, Helsinki Yekun Aktının güc tətbiq etməmək, ərazi bütövlüyünü və öz müqəddəratını təyin etmə kimi prinsiplərini əhatə edən beynəlxalq hüquqa əsaslanır.

E.Trudo dövlət katibinin bəyanatına dair qeyd edib ki, sülhə görə məsuliyyət hər iki dövlətin liderlərinin üzərinə düşür və münaqişənin nizama salınması yollarının axtarışında ölkə rəhbərlərinin cəhd göstərmələrinin vacibliyini bir daha vurğulayıb.

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibənin gedişində Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində oyuncaq rejimi yaradılıb. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol