Kubanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Kuba Respublikasının Azərbaycan Respublikasındakı səfiri Omar Senon Medina Kinteronu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
E. Məmmədyarov Azərbaycanın hazırda QH-nin üçlüyünə daxil olduğunu, 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və ölkəmizin 2019-2022-ci illərdə QH-yə sədrlik edəcəyini qeyd edib.
Nazir Omar Senon Medina gələcək fəaliyyətində uğurlar arzu edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























