• $
  • €
  • ₽
  • ₺
  • £

AŞPA Azərbaycandakı referendumu təsdiqlədi

AŞPA Azərbaycandakı referendumu təsdiqlədi
10.10.2016 13:33
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosu oktyabrın 10-da Makedoniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, 26 sentyabr 2016-cı ildə Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri Aleksandar Nikoloskinin memorandumunu yekdilliklə təsdiqləyib.
 
ANN.AZ xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymaov bildirib.
 
E. Süleymanov deyib ki, AŞPA Ad-hok komitəsi 24-27 sentyabr 2016-cı ildə səsverməni izləmək, eləcə də referendum kampaniyasını qiymətləndirmək mandatı çərçivəsində referendumu dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib:
 
"Azərbaycanla bağlı bütün digər müvafiq məsələlər Avropa Şurası ilə Azərbaycan arasında monitorinq dialoqunun bir hissəsidir və ad-hok komitə hakimiyyəti Monitorinq Komitəsi ilə əməkdaşlığı davam etdirməyə və Avropa Şurası Parlament Assambleyasının nəticə və tövsiyələrini yerinə yetirməyə dəvət edir”.
 
Deputatın sözlərinə görə, AŞPA missiyası belə qənaətə gəlib:
 
"Referendum ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilib, qanunidir və legitimdir. Missiya qeyd edib ki, seçki günü ərzində səsvermə prosesi yaxşı təşkil edilmişdi və şəffaf, səmərəli və dinc keçdi və olduğumuz məntəqələrdə səslərin sayılmasında son nəticələrə təsir edə biləcək pozuntular müşahidə etmədik. AŞPA missiyası eyni zamanda bildiri ki, Konstitusiyaya dəyişikliklərin qəbul edilməsinin lehinə olaraq, referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi, Azərbaycan xalqının iradəsini ifadə edir və demokratik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib”.
 
E. Süleymanov bildirib ki, AŞPA Bürosunun üzvləri bu gün Strasburqda memorandumu nəzərdən keçirib, yekdilliklə qəbul edib, bununla da, referendumun rəsmi müşahidə prosesi müsbət qaydada başa çatıb.
 
"Bu islahatlar insan hüquqları, iqtisadiyyat və institutlar sahəsində Azərbaycan Respublikası Konstitusiyasını gücləndirdiyindən, ölkəmizin tarixində yeni və ümidverici bir fəslə zəmin yaratmış olduq", - deyə deputat qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol