Nazirlik bu şəxsləri "qara siyahı"dan çıxardı

"Musiqiçilər Timur Temirov və Soso Pavliaşvili Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir. Nazirliyin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, bir müddət bundan əvvəl KİV-də Soso Pavliaşvilinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri və Timur Temirovun isə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin təşviqi ilə məşğul olması barədə məlumatlar verilmişdi:
"Məktubda onlar həmçinin Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini və ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər. Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün icazə verilib".
Kamil ƏMİRLİ
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























