"Türkiyənin mövqeyi hamıya məlumdur" - Politoloq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu deyib.
"Bu gün Minsk qrupunun həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər. Gündəmdə işğal olunmuş ən azı beş rayonunun Azərbaycana qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik", deyə Mövlud Çavuşoğlu bildirib.

Məsələ ilə bağlı ANN.Az politoloq Arzu Nağıyevin fikirlərini öyrənib. Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə çox böyük addımlar atır və ATƏT-in üzvü kimi Türkiyə daim çalışır ki, bu münaqişə müsbət məcraya yönəlsin:

"Son görüşdə xarici işlər naziri Çavuşoğlu mövqeyini ortaya qoydu. O, Vyana, Sankt-Peterburq və Kazan görüşlərində qəbul olunan protokollar və qərarlarla bağlı Rusiya ilə aparılan danışıqları açıqlayaraq bəyanat verdi. Düşünürəm ki, məsələnin həlli nə qədər Rusiyadan asılıdırsa, eyni zamanda, Qərbin, ABŞ-ın, hətta Təhlükəsizlik Şurasının (TŞ) üzvü olan 3 dövlətin daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyindən də asılıdır. İndiyədək deklorativ bəyanatlar verilib, konkret addım atılmayıb. Bu istiqamətdə Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin görüşləri və Dağlıq Qarabağ münaqişəsinin bir predmet kimi müzakirəsi müsbət haldır. Çavuşoğlunun da verdiyi bəyanat da, məhz, bu məsələnin həlli istiqamətindədir”.
Kamil ƏMİRLİ
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























