Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri başa çatdı

Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərif Milli Məclisdə olub.
APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri artıq başa çatıb. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın baş nazirini hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























