• $
  • €
  • ₽
  • ₺
  • £

Elşad Həsənov: “Son 25 ildə Azərbaycan misilsiz inkişaf yolunu qət edib”

Elşad Həsənov: “Son 25 ildə Azərbaycan misilsiz  inkişaf yolunu qət edib”
18.10.2016 08:35
"Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan uğurlu daxili və xarici siyasətinin nəticəsində bu gün biz müstəqilliyimizin 25 illiyini dinamik inkişaf, ictimai-siyasi və sosial-iqtisadi yüksəliş şəraitində qeyd edirik”. Bunu öz açıqlamasında Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə əlaqədar millət vəkili Elşad Həsənov bildirib.

Elşad Həsənov qeyd edir ki, bu gün bu iş, Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilir.
"Məhz Heydər Əliyev Azərbaycanın müstəqilliyini 90-cı illərin əvvəllərindəki xaos, hərc-mərclik və tənəzzüldən qurtardı. Müstəqilliyi qazanmaq olar, amma onu qorumaq və əbədi etmək böyük siyasi istedad və uzaqgörənlik tələb edir. Azərbaycanın dövlət müstəqilliyinə nəfəs verən əsas addımları Heydər Əliyev atdı: "Neft sazişi” imzalandı, dövlət idarəçiliyi mexanizmi yaradıldı, Konstitusiya qəbul edildi, nizami ordu quruldu və sairə.”
 
Millət vəkili deyir ki, Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin ideoloji əsasını yaratdı. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun  dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur.
 
1993-cü ildə Azərbaycanı böyük fəlakətdən xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qurtardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. 
 
"2000-ci illərin əvvəlindən etibarən isə Azərbaycanın müstəqilliyi yeni bir mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin rəhbərliyi ilə biz iqtisadi inkişaf, beynəlxalq səhnədə nüfuzumuzun daha da artması və tərəqqi dövrünə qədəm qoyduq. Bu gün biz müstəqilliyimizin sürətli inkişafı mərhələsindəyik. Azərbaycanda böyük transmilli layihələr həyata keçirilir,  ölkəmiz nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edir və xarici ölkələrlə bərabər hüquqlu dövlət kimi münasibətlər saxlayır”.
 
Prezident İlham Əliyev son çıxışlarının birində dediyi kimi: "Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Biz 25 ildir ki, müstəqil yaşayan ləyaqətli ölkəyik”.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol