Rusiyanın iqtisadi inkişaf naziri Bakıya gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycana səfər edəcək.
ANN.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, səfər oktyabr ayının 31-nə planlaşdırılıb.
A.Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmi şəxslərlə yanaşı, bir sıra dövlət və özəl şirkətlərin rəsmiləri də daxil olacaq.
Səfər çərçivəsində noyabr ayının 1-də Azərbaycan-Rusiya biznes forumunun keçiriləcəyi planlaşdırılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























