• $
  • €
  • ₽
  • ₺
  • £

Akif Çovdarov aclıq aksiyasına başlayıb

Akif Çovdarov aclıq aksiyasına başlayıb
25.10.2016 16:14
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi həbsdə olan rəisi Akif Çovdarov aclıq aksiyasına başlayıb.
 
APA-nın məlumatına görə, bu barədə onun vəkili Kamandar Nəsibov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
 
Vəkil deyib ki, A. Çovdarov bu gün səhər saat 9-dan müddətsiz aclıq aksiyasına başlayıb:
 
"Bakı İstintaq təcridxanasında saxlanılan Akif Çovdarov oktyabrın 22-də həkim kardioloq Natəvan Qurbanova tərəfindən müayinə edilib. Həkim onun sağlam olması haqqında rəy verib. Akif Çovdarov ondan yazdığı rəyin xəstəlik kitabçasına yazılmasını istəyib və dərmanların ona heç bir təsir etmədiyini deyib. Həkim isə buna icazəsinin olmadığını bildirib. Akif Çovdarov da buna etiraz edib və aclıq aksiyasına başlayıb".
 
K. Nəsibov qeyd edib ki, A. Çovdarovun cinayət işi 56 cilddir və iş üzrə 26 epizod var.
 
İş üzrə 60 nəfər zərərçəkmiş kimi tanınıb, 2 nəfər isə zərərçəkmiş şəxsin hüquqi varisidir.
 
K. Nəsibov bildirib ki, Dövlət Təhlükəsizlik Xidmətinin iş üzrə qaldırdığı mülki iddia 2 milyon 917 min 300 manatdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol