• $
  • €
  • ₽
  • ₺
  • £

İki nazirlik birgə bəyanat yaydı

İki nazirlik birgə bəyanat yaydı
26.10.2016 12:04
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 18-19-da oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

ANN.Az xəbər verir ki, bu mərkəzin yaradılması barədə təklif İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 2013-cü ilin 25-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş ikinci konfransı çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində aparılan islahatlar və qazanılan uğurlu təcrübənin digər dövlətlər üçün maraqlı olacağını qeyd edib, İƏT-in Bakıda belə bir qurumunun yaradılmasının Təşkilata üzv dövlətlər arasında birliyi daha da möhkəmləndirə biləcəyini vurğulayıb. Təklif konfrans iştirakçıları tərəfindən yüksək dəyərləndirilib və yekdilliklə dəstəklənib.

Sonrakı dövrdə Əmək Mərkəzinin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə təqdim edilib. İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin 2014-cü ilin iyun ayında Bakı şəhərində təşkil olunmuş iclasında Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri ilə müzakirə edilib.

Bu tədbirin ardınca 2014-cü ilin iyunun 18-19-da İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul olunmuş iqtisadi məsələlər üzrə Qətnamədə İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycanın fəallığı qeyd olunub, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İƏT-in Bakı şəhərində Əmək Mərkəzinin yaradılması təklifi bir daha alqışlanaraq, bu sahədə Azərbaycanın apardığı səylərə dəstək ifadə olunub.

İƏT əmək nazirlərinin 2015-ci ilin 28-30 oktyabr tarixlərində Cakarta şəhərində keçirilmiş üçüncü konfransında isə Əmək Mərkəzinin Nizamnaməsinin layihəsi nəzərdən keçirilərək bəyənilib və təsdiq olunması üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasına təqdim olunmasına dair qərar qəbul edilib.

Nizamnaməyə əsasən İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcəkdir. Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcəkdir. İƏT-in ixtisaslaşmış qurumu olacaq mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

Qeyd edilən mərkəzin Bakı şəhərində yerləşməsi Azərbaycan və İƏT arasında davamlı əsasda və hərtərəfli genişlənən əməkdaşlığın və təşkilat daxilində ölkəmizin nüfuzunun göstəricisi olmaqla yanaşı, əmək, məşğulluq və sosial müdafiə kimi sahələrdə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin İƏT tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

İƏT Əmək Mərkəzinin yaradılması üzv dövlətlər arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın stimullaşdırılmasına və daha sistemli şəkildə təşkil olunmasına öz töhfəsini verəcək.
 
Kamil ƏMİRLİ

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol