Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlim keçirir

Erməni hərbi birləşmələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri cəbhə xəttinin Tərtər istiqamətində keçirdiyi irimiqyaslı təlimdə ağır artilleriyadan istifadə edir. Təlim zamanı toplardan açılan atəş səsləri Tərtərlə yanaşı ətraf rayonlarda da eşidilir.
Təlim keçirilən zaman Bərdə rayonunda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberə də bu barədə məlumat verilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























