• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana xəbərdarlıq - "Azərbaycan daha bir "aprel həmləsi" edə bilər"

Ermənistana xəbərdarlıq - "Azərbaycan daha bir "aprel həmləsi" edə bilər"
28.10.2016 10:20
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində artıq yeni beynəlxalq şərtlər formalaşdıra və yeni mərhələni başlada bilib.

 Bütün bunlar aprel döyüşlərindən sonra baş verib. Görünür, beynəlxalq şərtlər uyğun olan kimi Azərbaycan yenidən, daha bir "aprel həmləsi" edə bilər. Əminəm ki, Azərbaycanın Ermənistanı gec-tez danışıqlar masası arxasına otuzdurub konstruktiv mövqeyə gətirmək üçün kifayət qədər gücü, qüvvəsi var. Sadəcə, məqbul beynəlxalq şərtlər formalaşan kimi Azərbaycan tərəddüd etmədən bu addımı atacaq.

Bunu Milli.Az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu deyib.

Ermənistanın oktyabrın 26-da cəbhədə növbəti təxribat planının qarşısının alınmasına münasibət bildirən millət vəkilinin fikrincə, bu təxribatların geniş miqyas alacağı ehtimalı azdır:

"Çünki Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zonasında cəbhə xətti boyu genişmiqyaslı təxribatlar törətməsi üçün resursları məhduddur. Yəni ermənilər daha genişmiqyaslı, daha ciddi təxribatlar törətmək istəsələr belə, bunun üçün onların nə kifayət qədər hərbi resursları, nə texniki təminatları və nə də bunu dəstəkləyə biləcək iqtisadi gücü var. Ona görə də müdafiə nazirinin dəyişməsi özü ilə bərabər bu qədər ciddi faktorları gətirə bilməz. Yəni yalnız nazirin dəyişməsi, eyni zamanda, nə ordunun təchizatının, nə hərbi texnikanın keyfiyyətinin, nə də əhval-ruhiyyənin dəyişməsidir. Bu baxımdan Vigen Sarkisyanın nazir təyin olunması cəbhədə ciddi və əsaslı dönüş yarada bilməz. Ermənistan ordusu hərbi-psixoloji deqradasiya, təşviş içindədir. Artıq Azərbaycan ordusunun gücünü görüb. Onlar hər nə qədər daxili auditoriya üçün müxtəlif xarakterli silahlar nümayiş etdirsələr belə, erməni ekspertləri də, Azərbaycanda da hamı bilir ki, bütün bunlar heç bir halda Azərbaycanın hərbi gücü qarşısında ciddi əhəmiyyət daşımır".

H.Babaoğlu hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində Ermənistanın qeyri-konstiruktiv mövqeyinin arxasında, əslində, onu himayə edən dövlətlərin iradəsi dayanır: "Təəssüf ki, görürük ki, bunlar elə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdir. Yəni Ermənistan onlardan ilhamlanmasa, təbii ki, dərhal danışıqlar masası arxasında oturmağın vacibliyini anlayar və konstruktiv mövqe nümayiş etdirə bilər. Ona görə də hesab edir ki, bu prosesdə bir çox məsələləri məhz Azərbaycanın qətiyyətli mövqeyi həll edəcək"

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol