• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da San Dieqo-Bakı Dostluq Cəmiyyəti təsis edilib - FOTOLAR

ABŞ-da San Dieqo-Bakı Dostluq Cəmiyyəti təsis edilib - FOTOLAR
28.10.2016 15:14
Demokratik İslahatlar Partiyasınını sədri, Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib.

Partiyanın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən ziyafətdə Bakı ilə San Dieqo arasında münasibətlərin yaradılmasının 5-ci ildönümü də qeyd edilib.

Tədbirə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild, digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər qatılıb.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycanın qədim dövlətçilik ənənələrindən danışaraq, müstəqilliyinin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini qeyd edib.

2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmış Nəsimi Rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov öz çıxışında, Bakı ilə San Dieqo arasında 5 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsidən danışıb.

Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək Bakı və San Dieqo şəhərləri arasında əlaqələrin daha da güclənməsi üçün arzularını ifadə ediblər. Onlar ölkəmizin qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışaraq, Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə təşkil etdiyini diqqətə çatdırıblar.

R.Çavez isə öz növbəsində Azərbaycanın mütərəqqi nailiyyətləri ilə son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini, bu baxımdan San Dieqo-Bakı əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib. O, müstəqillik günü ilə bağlı Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsini Azərbaycan nümayəndə heyətinə təqdim edib.

Marşal Merrifild də öz çıxışında ölkələrimiz arasında dostluq əlaqələrinin gücləndirilməsi istədiyini, yaxın aylarda San Dieqo şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri üzərində düşündüyünü bildirib.

Ziyafətdə baş konsul N.Ağayev San Dieqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğunu bəyan edib. Cəmiyyətin sədri Martin Kruminq əlaqələrin yaradılmasının tarixi barədə məlumat verərək, San Dieqo şəhərinin tanınmış ictimai xadimlərinin üzv yazıldıqları bu yeni təşkilat vasitəsilə iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artırılmasına çalışacaqlarını qeyd edib.

Tədbirdə ABŞ Konqresmeni Suzan Deyvis, Kaliforniya Ştat Senatoru Coel Anderson və San Dieqo Vilayəti adından bəyannamələr təqdim olunub.

Qeyd edək ki, hazırda Kaliforniyada işçi səfərdə olan Azərbaycan nümayəndə heyəti San Dieqo şəhərində oktyabrın 26-da bir sıra görüşlər keçirib. Bu səpkidə nümayəndə heyəti San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının sədri Ron Roberts, San Dieqo Liman Administrasiyasının

İdarə Heyəti və San Dieqo Yəhudi Federasiyasının rəhbərliyi ilə bir araya gəlib və yerli mətbuata müsahibələr veriblər.




 
 






Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol