Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Sonra türkiyəli diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Zafer Ocakı nazirə təqdim edib.
Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin
genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























