MN: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Erməni silahlı bölmələri noyabrın 2-nə keçən gecə cəbhənin şimal-qərb istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
ANN.Az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə, bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























