Nazirlik: "Bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür"

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub:
"Сavab tədbirləri nəticəsində düşmən susdurulub. Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























