• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan göndərilən ərzaq müharibənin qarşısını aldı - SİRR AÇILDI

Bakıdan göndərilən ərzaq müharibənin qarşısını aldı - SİRR AÇILDI
03.11.2016 00:02
"Rossiya-1" telekanalında Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovun həyatından bəhs edən sənədli filmdə 1990-cı illərdə ABŞ-Rusiya münasibətlərinə toxunulub.

ANN.Az publika.az-a istinadən bildirir ki, filmdə gərgin olan Vaşinqton-Moskva münasibətlərinin düzəlməsində Azərbaycanın brend məhsulu sayılan qara kürünün böyük rol oynadığını deyilir.

Primakovun həyat yoldaşı İrina Primakova 1997-ci ildə (Yevgeni Primakov 1996-98-ci illərdə Rusiyanın xarici işlər naziri olub - red.) həmin vaxt ABŞ dövlət katibi olan Madlen Olbraytın Moskvaya səfərini xatırlayıb.

"NATO ilə bağlı sərt müzakirələr aparılırdı. Yevgeni evə gələndə mənə ABŞ rəsmi heyətini evimizə qonaq dəvət etməyi təklif etdi. Dostumla pelemeni hazırlamışdıq. Həmin vaxt Bakıdan olan dostumuz bizə qara kürü göndərmişdi. Bir kiloqramm idi, əla kürü idi. Uşaqlara verməyi fikirləşirdik, lakin qismət olmadı. Əla bir rus süfrəsi açdıq. 12 nəfərlik ABŞ rəsmi heyəti süfrədəki pelemeniləri kürü ilə yedilər və bununla hər şey sanki düzəldi", - deyə o bildirib.

İ. Primakova deyir ki, əla alınan nahardan sonra həyat yoldaşı və Olbrayt başqa otaqda müzakirələr aparmağa başlayıb: "Onlar otaqdan razılaşaraq çıxdılar. Beləliklə, yeməkdən əvvəl razılaşa bilmədikləri məsələlərdə yeməkdən sonra razılaşdılar".

Qeyd edək ki, qara kürü bu gün dünya bazarında Azərbaycan brendi olaraq tanınır və heç bir kürü onunla rəqabət apara bilmir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol