Azərbaycan və Pakistan hərbi əməkdaşlıq planı imzaladı

Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin nümayəndə heyəti Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci görüşündə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib.
Tədbirin yekununda Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























