• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: Azərbaycanda vətənpərvər nəsil yetişib

Əli Həsənov: Azərbaycanda vətənpərvər nəsil yetişib
10.11.2016 12:56
"Azərbaycanın gəncliyi ölkə tarixinin tərkib hissəsidir”.

ANN.Az "Report”-a istinadən xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci ildönümü ilə bağlı keçirilən "Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış” konfransında deyib.

O bildirib ki, Azərbaycan gəncləri 25 ildə xeyli uğurlu işlərə imza atıblar: "Gənclər dövlət quruculuğu prosesində aktiv iştirak edirlər. Əminiklə deyə bilərəm ki, gənclərə baxanda optimist rəyə gəlmək olar. 

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər gənclər ambisiyalı siyasətin qurbanı olmuşdular. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dururdu. 1993-cü ildə parlament sədri seçilən Heydər Əliyev çıxışında gənclərlə bağlı məsələyə toxundu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk olaraq Gənclər və İdman Nazirliyini yaratdı. Daha sonra Gənclər günü təsis edildi, müxtəlif dövlət proqramları hazırlandı. Bu işləri saymaqla bitməz”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindən biri də gənclər siyasətidir: 

"Hazırda Azərbaycanda vətənpərvər nəsil yetişib. Bu, çox önəmli işdir. Bu gün Azərbaycan millətinə, dövlətinə bağlı gənclər formalaşıb. Azərbaycanın gənci dünya elminə yiyələnməlidir, mənimsəməlidir və onu Azərbaycanda tətbiq etməlidir. Dövlətin verdiyi dəstək göstərir ki, gənclər Azərbaycan dövlətini təmsil etməyə hazırdır. Artıq təmsil edirlər. Bu gənclər müstəqillik illərində formalaşıblar. Bu gəncliklə gələcəyə ümidlə baxırıq”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın 25 ildə əldə etdiyi uğurlardan biri də vətənpərvər gənclərin yetişməsidir:

"Azərbaycanın bundan sonrakı inkişafı gənclərin əlindədir. Biz inanırıq ki, gənclər bunun öhdəsindən gələcəklər”.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol