• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubovdan FETÖ açıqlaması - "Tədbirlər davam etdirilir"

Ramil Usubovdan FETÖ açıqlaması - "Tədbirlər davam etdirilir"
11.11.2016 17:49
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Türkiyənin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib. 
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səfirə DİN-in funksiyaları və əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində üzləşilən çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə qısa məlumat verilib. 
 
İyul ayının 15-də baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir Türkiyə vətəndaşlarının prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə həmin qəsdin qarşısını qətiyyətlə aldığını, Azərbaycan prezidentinin və xalqının ilk dəqiqələrdən Türkiyə dövlətinin və xalqının yanında olduğunu, demokratik yolla seçilmiş hakimiyyəti hərtərəfli dəstəklədiyini bir daha məmnunluqla xatırladıb.
 
 

Nazir 15 iyul hadisələrindən dərhal sonra müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən «Hizmət hərəkatı»na mənsub şəxslərin aşkarlanması istiqamətində prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən lazımi tədbirlər görüldüyünü, cari ilin avqust ayının 12-də cinayət işi başlanıldığını, həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını, sözügedən istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
 
Problemlərə toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin  qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
 
Səfir Erkan Özoral Türkiyədə dövlət çevrilişinə cəhd zamanı dost və qardaş Azərbaycan dövlətinin və xalqının ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol