"Bloomberg": “Azərbaycan və Ermənistan müharibəyə hazırdır”

"Texniki baxımdan Azərbaycan və Ermənistan müharibəyə hazırdır".
ANN.Az modern.az-a istinadən xəbər verir ki. bu barədə ABŞ-ın "Bloomberg" agentliyi yazır.
Agentliyin fikrincə, hərbi əməliyyat meydanında Rusiyanın Ermənistana satdığı "İsgəndər" raketləri ilə Azərbaycanın İsraildən aldığı dronlar üz-üzə gələcək.
"Ermənistan və Azərbaycan aprel toqquşmalarından sonra öz hərbi arsenalını xeyli genişləndirib. Yerevan Rusiyadan taktiki-operativ "İsgəndər" raketlərini alıb, Azərbaycan isə İsraildən müasir dronlar alıb və Pakistandan yüksək texnoloji silahlar almaq niyyətindədir".
Londonda yerləşən "Chatham House" İnstitutunun fikrincə, tərəflərin silah arsenalını artırması Qarabağda müharibə riskini artırır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























