"Polislərin maaşı artırılsın" - Parlamentdə təklif

"Polis siravisi 420 manat, polis zabiti isə 480 manat maaş alır. Hazırda bu maaş polisin ləyaqətli həyat səviyyəsini təmin etmək üçün bəs deyil”.
AzVision.az-ın məlumatına görə, belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
Deputat bildirib ki, dövlətin strateji sahələrindəki qulluqçuların maaşı artırılmalıdır:
"Başa düşürük ki, müharibə vəziyyətindəyik, çətin dövrdür. Amma dövlətin elə strateji sahələri var ki, orada çalışan insanların əmək haqqları artırılmalıdır”.
Millət vəkili polis əməkdaşlarının maaşının artırılmasının vacib olduğunu deyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























